Qərb Universitetində BMT-nin Dünya Turizm Təşkilatının depozitariya kitabxanası yaradılıb.
Universitetdən bildirilib ki, kitabxana turizm sahəsində tələbələrin biliklərinin artırılmasını və insan kapitalının inkişafını təşviq edəcək. Həmçinin Dünya Turizm Təşkilatının kitabxanada yer alan nəşrləri tələbə-müəllim heyəti üçün faydalı olacaq.
Qərb Universiteti ölkəmizdən bu kitabxana proqramına daxil edilmiş yeganə ali təhsil ocağıdır (http://publications.unwto.org/en/pub-organization/357035).
azertag.az