“İstedad sorağında-2” rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
17.8.2016

Xəbər verdiyimiz kimi, Bakı Xətai Sənət Mərkəzi təsviri incəsənət sahəsində istedadların üzə çıxarılması məqsədilə “İstedad sorağında-2” adlı gənclər arasında respublika rəsm müsabiqəsinə start verib.

Müsabiqə üçün nəzərdə tutulan qeydiyyat dayandırılıb.

Belə ki, avqustun 18-də müsabiqənin yekun nəticələri açıqlanacaq.

Xatırladaq ki, müsabiqənin məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına, gənc istedadlı rəssamların, dizayner və heykəltəraşların üzə çıxarılması və onların tanıdılmasına təkan verməkdən ibarətdir.

azertag.az