Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya final yürüşünə çıxıb.
1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşə qatılan 34 yaşlı idmançı finişə 40,401 saniyəyə çatıb.
Bununla da Osipenko-Radomskaya bürünc medala sahib olub. Yeni Zelandiyalı Liza Karrinqton 38,864 saniyə nəticə ilə qızıl, polşalı Marta Valçikeviç 40,279 saniyə göstərici ilə gümüş medal qazanıb.
Qeyd edək ki, bu, İnna Osipenko-Radomskayanın ardıcıl 4-cü olimpiadada 5-ci medalı olub.
report.az