Rusiyada dünyanın ən kiçik akvariumu hazırlanıb. Anatoli Konenko adlı aktyor tərəfindən hazırlanan akvarium o qədər kiçikdir ki, onun içərisinə ancaq zebra balıqları yerləşir. Qabın içərisi ancaq bir neçə çay qaşığı su ilə dolur. Şüşədən hazırlanan qabın boyu 14 mm-dir.
Qeyd edək ki, rus aktyorun mikro ölçüdə olan onlarla əl işi var. 1996-cı ildə o, "ən kiçik kitab" əsəri ilə Ginnesin rekordlar kitabına düşmüşdü.
http://www.youtube.com/watch?feature=player_embedded&v=AG4AvV6wz5Q