Bakının bəzi ərazilərində içməli suyun verilməsində fasilələr yaranacaq
23.7.2012

Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında baş vermiş qəza ilə əlaqədar təmir-bərpa işləri aparılır.

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumata görə, bununla əlaqədar olaraq iyulun 23-24-də Bakı şəhəri Binəqədi rayonunun, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Trend