Azərbaycan idmançılarının ilk heyəti Londona yola düşmüşdür
24.7.2012

İyulun 24-də Azərbaycan idmançılarından ibarət nümayəndə heyəti XXX Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Böyük Britaniyanın paytaxtı Londona yola düşmüşdür.
Idmançılardan ibarət növbəti heyət iyulun 26-da, avqustun 2 və 4-də Londona yola düşəcəkdir.
Qeyd edək ki, iyulun 27-dən avqustun 12-dək Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı 16 idman növü üzrə 53 idmançı təmsil edəcəkdir.

AzərTAc