“Azərbaycan - dini dözümlülük üçün nümunə” layihəsinin icrasına yekun vurulub
17.8.2016

“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi “Azərbaycan - dini dözümlülük üçün nümunə” layihəsinin icrasına yekun vurub.

İctimai Birlikdən bildiriblər ki, layihənin məqsədi gənclər arasında radikal dini cərəyanlarla bağlı geniş maarifləndirmə işinin aparılmasıdır.

Təxminən 400-dək gəncin birbaşa iştirak etdiyi layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Təlim-seminar formatında icra olunan layihə çərçivəsində gənclərə mövzu ilə bağlı bukletlər paylanılıb.

azertag.az