BDU-nun dosentləri Odessada beynəlxalq konfransda iştirak ediblər
17.8.2016

Bakı Dövlət Universitetinin (BDU) sosial elmlər və psixologiya fakültəsinin dosentləri Kəmalə Qəhrəmanova, Rəna Məmmədova, tətbiqi riyaziyyat fakültəsinin əməkdaşı Mirvari Həsrətova Odessada keçirilən II beynəlxalq multidisiplinər Avrasiya konfransında iştirak ediblər.

BDU-dan bildiriblər ki, beynəlxalq tədbirə müxtəlif ölkələrdən 150-dən çox alim qatılıb. Konfransa sədrliyi dosent Kəmalə Qəhrəmanova edib.

azertag.az