Avqustun 19-da gənc rejissor Emil Quliyevin ekranlaşdırdığı ilk tammetrajlı “Pərdə” filmi nümayiş olunacaq.
Ekran əsərinin “facebook”dakı səhifəsinə istinadla bildirir ki, “Apartment 9” ünvanında nümayiş olunacaq film ailə-məişət mövzusundadır.
Azərbaycan dilində nümayiş olunacaq film avqustun 20 və 21 də kinosevərlərə təqdim olunacaq.
Xronometrajı 72 dəqiqə olan ekran əsəri düşünməyə əsas verən bir sualla bitir: “Əgər siz həyatda heç kimə və heç nəyə minnətdar olmadan çox şeyə nail olmusunuzsa, doğrudanmı siz çox şeyə nail olmusunuz?”.
Qeyd edək ki, “Art Film Baku” kinoşirkətinin çəkdiyi “Pərdə” filmi dram janrındadır.
Filmdə aktyorlardan Tural Əhməd, Vüsal Mehrəliyev, Azər Aydəmir, Zaur Şəfiyev, Könül Cəfərzadə və başqaları rol alıblar.
azertag.az