Bakıda Hind mədəniyyəti beynəlxalq sərgisi açılacaq
17.8.2016

Sentyabrın 2-də Bakıda Hind mədəniyyəti beynəlxalq sərgisi açılacaq.

Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə baş tutacaq sərgi sentyabrın 18-dək davam edəcək.

Hər il ənənəvi olaraq təşkil olunan sərgi bu dəfə “Amay” ticarət mərkəzində keçiriləcək.

Qonaqlar sərginin pavilyonunda yer alan Hindistan mədəniyyət nümunələri ilə yaxından tanış olma imkanı əldə edəcəklər. Burada, həmçinin, hind rəqsləri, hind yeməkləri də təqdim ediləcək. Hindistandan gətirilən qızıl və gümüş əşyalar, tavalar və qazanlar, mebel, xalça, ədviyyat, çay və başqa məhsullar da sərgilənəcək.

Sərgidə müxtəlif növdə ipək, qumaş və pambıq parçalardan hazırlanmış geyimlər, kəlağayılar, yaylıqlar və dəsmallar nümayiş olunacaq.

Bir sözlə, ziyarətçilər hind musiqisi və incəsənəti ilə yaxından tanış ola biləcəklər.

azertag.az