Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə avqust ayının 22-də tarixdə saat 13:00-da Gəncə şəhərində Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcərdən olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən verilən məlumata görə, görüşdə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinləniləcək.
Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Gəncə şəhərində 02225 71617
Naftalan şəhərində 02235 22106
Goranboy rayonunda 02224 53106
Samux rayonunda 02227 51605
Daşkəsən rayonunda 02221 53020
Göygöl rayonunda 02220 55013
Kəlbəcər rayonu üzrə 02226 75099 nömrəli telefonlara zəng etmələri xahiş olunur.
apa.az