Bakı Avropa Liseyinin məzunları yüksək nailiyyətlər əldə ediblər
18.8.2016

2015/2016-cı tədris ilində Bakı Avropa Liseyinin məzunları yüksək nailiyyətlər əldə ediblər.

Bu barədə liseyin direktoru Aygün Mikayılova məlumat verib. O bildirib ki, liseydə təhsilin inkişafı üçün səmərəli layihələr həyata keçirilir, uğurlu nəticələr qazanılır. Bu il məzunlardan altı nəfəri - Arzu Məmmədova, Ayan Hacıbəyli, Nigar Kərimova, Tahirə Tağıyeva, Rüfət Bayramov, Nəzrin Musayeva qızıl medalla təltif olunublar.

Liseyi bitirən 54 məzunun hamısı 2016-2017-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək ballar toplayaraq ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 25-i xarici ölkələrin, o cümlədən medala layiq görülənlərdən ikisi ABŞ-ın, biri isə Türkiyənin nüfuzlu universitetində təhsil alacaq.

azertag.az