Avqustun 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsmayıllı, Qobustan, Ağsu, Şamaxı və Qəbələ rayonlarının sakinləri üçün qəbul keçirəcək.
Komitənin mətbuat xidmətindən bildirilib ki, saat 11:00-da İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunacaq qəbulda vətəndaşların qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, qadın sahibkarlığının inkişafı, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, övladlığa verilmə, məişət zorakılığına məruz qalma və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.
Sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.
azertag.az