Mərakeşin Azərbaycandakı səfiri Həsən Haminin diplomatik missiyasının müddəti başa çatır.
Səfir Azərbaycanı bu ilin payızında tərk edəcək.
Mərakeş tərəfi artıq ölkənin Bakıdakı diplomatik nümayəndəliyinin yeni rəhbərinin namizədliyini təqdim edib, onun adı qısa zamanda açıqlanacaq.
Qeyd edək ki, H.Hami 2009-cu ilin aprel ayından Bakıda çalışır. O, müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinin duayenidir.
report.az