Sentyabrın 23-də Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Vətəndaş
Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı
ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci
ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq bayram tədbiri işə
başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq tədbirin
açılış mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı tədbirdə çıxış
etmişdir.