Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medallarla təltifi haqqında imzaladığı əmrdə “Zəngi” liseyinin üç məzununun da adı var.
Liseydən bildiriblər ki, həmin məzunlardan Nilufər Məmmədli qızıl, Heydər Məmmədli və Qıztamam Xudiyeva isə gümüş medala layiq görülüblər.
Liseyin 131 nəfər məzunundan 102-si 2016-2017-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edib. Onlardan səkkizi təhsilini xarici ölkələrin nüfuzlu universitetlərində alacaq.
Xatırladaq ki, ötən tədris ilində liseyin şagirdləri beynəlxalq müsabiqələrdə də diqqətəlayiq uğurlar qazanıblar.
azertag.az