Təranə Mahmudova “Retro Bakı” layihəsində
19.8.2016

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi çərçivəsində növbəti konsertlər avqustun 20-21-də axşam saatlarında Fəvvarələr Meydanında baş tutacaq.

İdarənin mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin təşkilatçılığı ilə keçirilən “Retro Bakı”nın bu həftə qonaqları tanınmış müğənni Təranə Mahmudova və rəqqasə Fatimə Fətəliyeva olacaq. Həmçinin konsertdə gənc müğənnilər Mircabbar Mirbabayev, Səbinə Əsgərova, Günel İlqarlı, Rasim Əsgərəliyev, Zərifə Bakı, Aynur Əliyevə, Nigar Süleymanova, rus folklor ansamblı, “Xan” və “Banu” rəqs qrupları iştirak edəcəklər.

Bakı sakinlərini və qonaqlarını rəngarəng konsert proqramı gözləyir.

azertag.az