Uşaq evləri və internat məktəblərində yerləşdirilmiş gənclərə dəstək məqsədilə yeni layihə həyata keçiriləcək
19.8.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qorxma mən səninləyəm” layihəsi həyata keçiriləcək.

“Qorxma mən səninləyəm” layihəsinin əsas məqsədi əhalinin həssas qrupu olan uşaq evləri və internat məktəblərində yerləşdirilmiş gənclərə cəmiyyətin hər bir üzvünün fərdi dəstəyinin önəmini vurğulamaqla sosial mesajın verilməsidir.

azertag.az