Türkiyədə Koroğlunun heykəli ucaldılacaq
22.8.2016

Türkiyənin Bolu şəhərində türk dünyasının qəhrəmanı Koroğlunun 30 metr hündürlüyündə heykəli ucaldılacaq.

Boluda, həmçinin IV Koroğlu festivalı çərçivəsində keçirilən “Koroğlu heykəli müsabiqəsi”nin yekununa əsasən şəhərdə Koroğlu parkı da salınacaq.

Bu layihənin həyata keçirilməsi ilə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan və başqa bütün türkdilli dövlətlər ortaq bir parka sahib olacaqlar.

Şəhərin bələdiyyə sədri Əlaəddin Yılmaz bildirib ki, layihənin təşkil olunmasında məqsəd türk dünyasının ortaq qəhrəmanının heykəli sayəsində türkdilli ölkələrin rəsmilərini Boluda görüşdürməkdir.

azertag.az