Boksçu Lorenso Sotomayor Azərbaycana gümüş medal qazandırıb
22.8.2016

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Lorenso Sotomayor final görüşünə çıxıb.

64 kq. çəki dərəcəsində baş tutan qarşılaşmada rəqib özbəkistanlı Fazliddin Qaibnazarov olub.

İlk raundda Sotomayor rəqibindən üstün olub. İkinci raundda Qaibnazarovu 3 hakimdən 2-si üstün sayıb. Üçüncü raundda isə özbək boksçu daha üstün hesab edilib.

Beləliklə, Lorenso Sotomayor Azərbaycana "Rio-2016"da gümüş medal qazandırıb.

report.az