Arxeoloqlar Qvatemala cəngəlliklərində mayya tayfalarına məxsus “Gecə günəşi məbədi”ni aşkarlamışlar. Məbəd çox yaxşı vəziyyətdə qalmışdır.
Məbədin yan divarları Günəş çıxanda Karib dənizindən qalxan nəhəng akulaya, günorta qaniçən çəpgözə, gün batanda isə yaquara bənzəyən 1,5 metrlik yapma maskalarla bəzədilmişdir.
Gün ərzində simasını dəyişən bu təsvirlər Mayya tanrılarının təcəssümüdür.
Mütəxəssislər maskaların hansı üsullarla düzəldilməsinə diqqət yetirmişlər. Məbədin divarlarında çox qabarıq görsənməyinə baxmayaraq onlar yerə düşmürlər.
Qırmızı rəngli xüsusi maddə ilə boyandığından və hündürdə həkk edildiyindən günəş çıxanda və batanda bu maskaları daha uzaq məsafədən də görmək mümkündür.
Məbədin şəhər əhalisi üçün böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, o V əsrdən istifadəsiz qalmışdır. Bu da hakim sülalənin hakimiyyətinin başa çatması ilə əlaqədar olmuşdur.
AzərTAc