Alimlər adətən, "qorxulu" və ya "dəhşətli" kəlmələrini söyləməyi sevmirlər. Lakin onlar insanın yaddaşını, hafizəsini, yaşadığı ömrün xatirələrini əlindən alan xəstəliyi "dəhşətli" adlandırır.
Amerikalı alimlər bu gün sensasiyalı açıqlama veriblər.
Venadaxili immunoqlobulin inyeksiyalar vasitəsilə onlar Alsgeymer xəstəliyinin inkişafını dayandıra biliblər.
Üç il davam edən sınaqlar və eksperimentlər belə nəticə verib.
4 pasiyent Alsgeymer xəstəliyindən qurtulub.
Halbuki Alsgeymer xəstəliyinin inkişafının qarşısını almaq üçün indiyədək dərman preparatları yox idi. Müalicə bütünlüklə xəstəliyin simptomlarını yüngünlləşdirilməsindən ibarət idi və müvəqqəti xarakter daşıyırdı.
Birləşmiş Ştatlardakı Veyl-Kornell Tibbi Kollecinin alimləri bəyan ediblər ki, immunoqlobulin inyeksiyası vasitəsilə xəstəliyin qarşısını ala biliblər.
Minlərlə donordan alınan immunoqlobulin immun pozuntuları və infeksiyaları olan pasiyentlərin müalicəsi üçün istifadə olunur.
Eksperimentdə iştirak edən xəstələrə belə inyeksiyalar vurulandan sonra onların koqnitiv funksiyaları pozulmayıb, yaddaş və psixi vəziyyətləri əvvəlki səviyyədə qalıb.
Amerikalı alimlər hesab edirlər ki, sağlam adamlardan alınmış immunoqlobulinlər Alsgeymer xəstəliyini yaradan zülallara hücum edir və hematoensefalik səddi keçirlər.
Xatırladaq ki, Alsgeymer xəstəliyi yaşlı insanlar arasında əqli zəifliyi yaradan ən ciddi səbəblərdən biridi. Hazırda dünyada 26,6 milyon Alsgeymer xəstəsi var və 2050-ci ilədək onların sayı 4 dəfə arta bilər.
Milli.Az