Ohayo ştatı (ABŞ) Universitetinin bir qrup alimi müəyyən edib ki, həyatı boyu öz işindən narazı olan insanlar 40 yaşdan sonra tez-tez xəstələnir. İnsanın xoşlamadığı iş onun psixikasına daha güclü təsir göstərir.
İnsan 20-30 yaşlarında olarkən öz işindən məmnunluq dərəcəsi 40 yaşdan sonra onun sağlamlığında əks olunur. Bütün bunlar psixi sağlamlığa xüsusilə güclü təsir göstərir. Öz işini sevməyən adam başqaları ilə müqayisədə tez-tez həyəcanlanır, yuxu ilə bağlı problemlərdən əziyyət çəkir. Əgər əvvəlcə xoşunuza gəlməyən iş sonradan sizi qane etməyə başlayıbsa, bu halda sağlamlıqla bağlı problemlər müşahidə olunmayıb.
Bu araşdırmada 25-39 yaşlarında 6,5 min ABŞ sakini iştirak edib. Onlar öz işlərindən razılıq dərəcəsinin dörd ballıq şkala üzrə qiymətləndirməli idilər. Respondentlərin 45 faizi öz işini sevmədiyini bildirib. Rəyi soruşulanların 23 faizi əvvəlcə işini xoşlayıb, lakin sonradan bu iş onları bezdirib. Araşdırma iştirakçılarının 15 faizi öz işindən məmnun olduğunu bildirib, 17 faizi əvvəlcə xoşlamadığı işə sonradan adət edib.
Qeyd edək ki, karyerasından məmnunluq dərəcəsi yüksək olan insanların psixi və fiziki sağlamlığı qaydasında olub.
azertag.az