7 ayda 20 milyard manatdan çox məhsul satılıb, xidmət göstərilib
23.8.2016

2016-cı ilin yanvar-iyul aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 20,8 milyard manat olmaqla 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini real ifadədə 2,1 faiz üstələyərək 19,9 milyard manata bərabər olub.

azertag.az