“İş Sizlikdir! İşgüzar Gənclik” layihəsi həyata keçiriləcək
24.8.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İş Sizlikdir! İşgüzar Gənclik” layihəsi həyata keçiriləcək. Layihə rəhbəri İlqar Həşimovdur.

Fonddan bildiriblər ki, layihə gənclərin işlə bağlı düzgün müraciət və işə qəbul üçün uğurlu müsahibə qaydaları haqqında maarifləndirilməsi məqsədini daşıyır. Bu məqsədlə tələbə gənclərə effektiv iş axtarışı, peşəkar CV hazırlanması və müsahibələrdən uğurla keçmə, uğurlu karyera qurma yollarını aşılayan peşəkar təlimlər keçiriləcək. Layihə Bakı şəhərində icra olunacaq.

İştirakçılar sertifikatla təmin olunacaqlar. Layihədə iştirak etmək istəyənlər https://goo.gl/ceQlHz ünvanından qeydiyyatdan keçə bilərlər.

azertag.az