Sabah Bakıda və Abşeron yarımadasında isti hava şəraiti proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sabah mülayim şimal küləyi əsəcək, havanın temperaturu gecə 23-28, gündüz 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 , dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
APA