Yuri Kuklaçovun Pişiklər teatrı 20 ildən artıq müddətən sonra Bakıya qayıdır
24.8.2016

Tezliklə Bakıda Rusiya xalq artisti Yuri Kuklaçovun dünyanın ən qeyri-adi teatrı olan Pişiklər teatrının çıxışı baş tutacaq. Bunu bayram gecəsinin təşkilatçıları deyiblər. Tamaşaya biletləri evdən və ya iş yerindən ayrılmayaraq http://iticket.az/ saytında əldə etmək olar. Bu, konsertlərə və tamaşalara biletlərin Bakıda ilk dəfə tətbiq edilən ən sərfəli və rahat onlayn- alışıdır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

Kuklaçovun Pişiklər teatrı dünyada yeganə yerdir ki, orada heyvanlara sadəcə pişik deyə səslənilmir, həm də artistlər kimi təriflənirlər. Onlara öz yaradıcılıq qabiliyyətlərini maksimum nümayiş etdirmək üçün tam sərbəstlik verilib. Səhnədə sehrli pərdə açılan kimi yumşaq tüklü artistlər sevinclə tamaşaçılara bayram hədiyyə edirlər. Pişiklər teatrında 38 cinsdən 200 yumşaq tüklü artist işləyir. Lakin teatr bütün cinsləri göstərməyi qarşısına məqsəd qoymayıb. Əsas olan heyvanın fərdiliyini, xarakterini üzə çıxarmaqdır, hər bir pişiyin öz xarakteri olur. Səhnədə hər bir pişik bu və ya digər rolu icra etməklə aktrisa və ya aktyor olur.

Yumşaq tüklü artistlərin ilk çıxışları 90-cı illərdə başlayıb, məhz həmin vaxt Pişiklər teatrı yaradıldı. O, 2005-ci ildən Moskvada və ümumiyyətlə dünyada yeganə Dövlət Pişiklər Teatrı oldu.

Y. Kuklaçovun sözlərinə görə, pişiklər mistik canlılardır: “Dünyada yeganə olan Pişiklər teatrının unikallığı ondan ibarətdir ki, səhnədə pişiklərlə oynayırlar, onlar əsl artistdirlər, həmişə ön plandadırlar, aktyorlar isə tamaşaçılar və heyvanlar arasında vasitəçilərdir”.

Yaponiya, ABŞ, Finlandiya, Uruqvay, Kanada, Almaniya, Çin, Argentina... Kuklaçovun Pişiklər teatrı bütün qitələrdə məşhurdur. Həmişə dolu zallar, xoş ab-hava və bütün canlılara hörmət, şənlik və əlbəttə ki, bığlı artistlərin ifasında unudulmaz tryuklar. Hər kəsi uşaqlıq dünyasına və “Bütün ailə üçün bayram” adlı nikbinlik ölkəsinə dəvət edirik.

trend.az