Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edəcək
24.8.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 31-də Qazax rayonunda Ağstafa, Tovuz və Qazax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Qazax şəhər Ədəbiyyat Muzeyində (ünvan: Heydər Əliyev prospekti, 98A) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

azertag.az