Lerikdə yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilib
24.8.2016

Lerik şəhərində yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilib.

Lerik rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iki gün davam edən yarışda ev sahibləri ilə yanaşı, ilk dəfə olaraq Lənkəran rayonunun komandası da tam heyətlə iştirak edib.

Maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə 80-ə yaxın güləşçi 10 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.

Qaliblərə diplom və medallar verilib.

azertag.az