YARAT Müasir İncəsənət Mərkəzi “Evin sirləri”ni təqdim edəcək
25.8.2016

YARAT Müasir İncəsənət Mərkəzinin ARTIM Layihə Məkanında Azərbaycan rəssamlarının “Evin sirləri” adlı qrup sərgisi təşkil olunacaq.

Bu dəfə gənc rəssamlar Mehriban Şəmsədinskaya, Zöhrab Salamzadə və Hətəm Əliyevin əsərlərindən ibarət sərgi təqdim olunacaq.

Layihənin müəllifləri ailə və ev, şəxsi və qeyri-şəxsi kənar problemlər mövzusunu, həmçinin insanın evdə olması ilə əlaqəli hər bir məsələni araşdırırlar. Bununla yanaşı, seçilmiş mövzuların diapazonu həm sosioloji, həm də ümumi – məişət xarakterinə malikdir. Layihəsinin başlıca məqsədi ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.

Qeyd edək ki, giriş sərbəstdir.

azertag.az