Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində pouerliftinq idman növü üzrə rayon çempionatı keçirilib.
Çempionatın açılış mərasimində çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov yarışın keçirilməsində əsas məqsədin gənclərin asudə vaxtlarının səmərəli təşkili və pouerliftinq idman növünün kütləviliyinin artırılmasından ibarət olduğunu bildirib.
Sonra 5 müxtəlif çəki dərəcəsində (60, 67, 75, 82 və 90 kq olmaqla) 40-dan çox gənc qüvvəsini sınayıb.
Qaliblər Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.
azertag.az