«Neftçi» Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb
25.7.2012

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Bakının «Neftçi» klubu səfərdə Gürcüstanın «Zestafoni» komandası ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə qurtarıb.

Qolları meydan sahiblərində Muciri (16) və Dvali (19), qonaqlarda isə Vobay (22) və Sadiqov (52, penaltidən) vurublar.

Beləliklə, ilk görüşdə 3:0 hesabı ilə qalib gəlmiş «Nefti» növbəti mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi «Xapoel» (Kiryat Şmona, İsrail) olacaq.

APA