Ali məktəblərə qəbul imtahanlarında Şəmkir rayonundan 1400 məzun iştirak edib. Tələbə adını qazanan 500-dən çox məzundan 33-ü 600-dən, 60-ı isə 500-dən yüksək bal toplayıb.
Rayon təhsil şöbəsindən bildiriblər ki, builki nəticələr əvvəlki illərlə müqayisədə ürəkaçandır. Çünki yüksək bal toplayan məzunların sayı artmaqla yanaşı, qəbul qeydə alınmayan məktəblərin sayı da azalıb. Rayon tarixində ilk dəfə olaraq bir nəfər 700 bal toplayaraq, 100 faizlik nəticə göstərib.
azertag.az