Kök hüceyrələri insultdan sonra beyini bərpa etməyə kömək edəcək
25.8.2016

Molekulyar bioloqlar insultdan sonra baş beynin strukturunda zədələnmiş sahələrin bərpası üçün ilk dəfə kök hüceyrələrini tətbiq etməyi təklif ediblər. Təcrübə gəmiricilər üzərində amerikalı mütəxəssislər tərəfindən aparılıb.

Bu barədə “Medicine Nature” jurnalı yazıb. Təcrübə zamanı kök hüceyrələrinin “böyük” neyronlara çevrilməsi uğurlu alınıb. Alimlər ümid edirlər ki, əgər bu metod insanlar üzərində tətbiq olunarsa, onda bu, xəstənin beynində qanaxmalardan sonra bərpa prosesini xeyli sürətləndirməyə imkan verəcək.

azertag.az