Avqustun 26-da YARAT Müasir İncəsənət Məkanının nəzdində fəaliyyət göstərən “YARAT Friends” üzvlük platforması yeni mövsümü açıq elan edəcək.
Proqram incəsənətə həvəsi olan, onu dəstəkləmək istəyən korporativlər və fərdlər üçün platformanın üzvü olmaqla yanaşı, tədbirlərdə daha da yaxından iştirak etmək imkanı yaradır. Tədbirin bədii proqramı platformanın aktiv üzvü Sevinc Ağasiyeva tərəfindən hazırlanıb. “YARAT Friends” Azərbaycanda şirkətlər və fərdi şəxslərin üzvlüyü əsasında formalaşan unikal bir platforma olub, məqsədi müasir incəsənət anlayışının daha geniş kütləyə çatdırmaq və müasir incəsənət həvəskarlarından ibarət icma yaratmaqdır. Platforma öz üzvlərinə kurator və rəssamların iştirakı ilə eksklüziv turlar, yalnız üzvlər üçün təşkil olunan tədbirlər, xüsusi mərasimlərə dəvətnamələr, eləcə də platformaya məxsus, xüsusi “İncəsənətlə səyahət” proqramı kimi əlavə imkanlar və üstünlüklər təklif edir.
Qeyd edək ki, sentyabrdan daha sürətli və geniş müstəvidə fəaliyyət alacaq proqrama hər kəsin könüllü qoşulma imkanı var.
azertag.az