Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Şerzod Farziyev ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunmuş, ikitərəfli münasibətlərin bütün sahələrdə, həmçinin mədəniyyət və turizm sahəsində uğurla inkişaf etdiyi bildirilmişdir.
Ölkələrimiz arasında mövcud olan dostluq ənənələrindən söhbət açan nazir Əbülfəs Qarayev, ikitərəfli mədəni təmasların daha da artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulamışdır.
Sonda səfir Ş.Farziyev səmimi görüşə görə təşəkkür etmiş, iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əminliyini bildirmişdir.