Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olan şəxslərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı avqustun 26-sı saat 17:00-dək uzadılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildiriblər ki, tələbə adı qazanmış şəxslər göstərilən vaxtadək tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin vaxtadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
azertag.az