“DəmirBank” filiallarında fasiləsiz iş rejimini tətbiq edib
26.8.2016

“DəmirBank” bütün filiallarında fasiləsiz iş rejimini tətbiq edib.

Bankdan bildiriblər ki, bankın istənilən filialı saat 09:00-dan 18:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərərək geniş çeşiddə məhsul və xidmətləri müştərilərin istifadəsinə verir.

Bundan əlavə Nizami küçəsi 111-də yerləşən “DəmirBank”ın “Mərkəz” filialı həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) fəaliyyət göstərir.

“DəmirBank” gələcəkdə də fasiləsiz müştəri xidmətinin inkişafı və müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirməyi planlaşdırır.

azertag.az