Azərbaycan prezidenti Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb
25.7.2012

Prezident İlham Əliyev Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,5 milyon manatı Şabran Rayon İcra Hakimiyyətinə ayrılıb.

APA