Arıqlamaq üçün ən gözəl yay məhsulları
25.7.2012

Yayda insan ürəyi hər şey yemək istəyir, özüdə olduqca çox miqdarda. Çox vaxt biz yay aylarında istirahətdə olarkən, bacardığımız qədər bütün qidaların dadına baxmaq istəyirik, çünki həmin anda özünü saxlamaq çox çətindi. Axı yemək də bizim istirahətimizin əsas hissələrindən birini təşkil edir. Belə olduqda təbii ki düzgün qidalanmaq kifayət qədər çətindir və eyni zamanda bu bizdə artıq piylərin yaranmasına da gətirib çıxarır. Amma dadverən arzuları itirmədən yenə də biz öz istirahətimizi davam etdirə bilərik. Beləliklə, gəlin birlikdə arıqladan 5 ən gözəl yay məhsulu ilə tanış olaq:

1. Kök
Kök yalnız dadlı deyil, həm də faydalıdır. İlk növbədə kök yayda sizin dəriniz üçün faydalıdır. Kökün tərkibində olan beta-karotin təkcə sizi formada saxlamaqla kifayət etmir o həm də yay vaxtı sizin dərinizi daha sürətli qaralmasına və uzun müddət qalmasına kömək edir.

2. Qarpız
Qarpız yəqin ki sevməyən insan yoxdur, o təkcə öz dadı ilə deyil, həm də istidə bədənin asanlıqla soyumasına səbəb olur və yanqını kəsir. Eyni zamanda özündə minimum kalori saxlayaraq bağırsaqların işini də asanlaşdırır. Hətta qarpıza əsaslanan xüsusi pəhrizlər belə mövcuddur.

3. Üzüm
Üzüm – yalnız qlükoza ilə zəngin, dadlı bir meyvə deyil, o eyniz zamnda dərinin qocalmasından çox gözəl bir qurtuluşdur. Üzümün tərkibində olan antioksidləşdiricilər bizim dərimizin daha uzun müddət gənc qalmasına kömək olur. O həm faydalı, həmaşağı kalorili və həm də dadlıdır

4. Fındıq və fındıq məhsulları
Fındıqlar, bu az kalorili məhsullardan bir azca uzaq olsa da, amma onların həddən çox miqdarda faydaları danılmazdır, onların tərkibində olan insan orqanizmi üçün faydalı məhsullarından imtina etmək lazım deyil Məsələn- balla anakardiumu və badamı yemək çox faydalıdır.

5. Çay
Yayda məhz yaşıl çay içmək tövsiyə edilir, o antioksidləşdiricilərlə zəngindir. Yəqin ki bir çoxlarınıza yaşıl çayın bədəndə olan piyləri əritməsi məlumdur. Yaşıl çaydan dadlı və həm də faydalı içki etmək olar. Belə ki onu soyudun, içərisinə limon və bal əlavə edin və beləliklə gözəl və faydalı dad qaçılmazdır

Big.az