Şəmkir rayonunda əhalinin işlə təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayon Məşğulluq Mərkəzindən bildiriblər ki, cari ilin yeddi ayında Mərkəzə müraciət edən 5054 nəfər iş axtarandan 931-i idarə müəssisə və təşkilatlarda işlə təmin olunub. İşə göndərilənlərin 183 nəfəri qadınlardır.
Bundan əlavə, yeddi ayda 92 nəfərə işsizlik statusu verilib, 97 nəfərə isə müavinət ödənilib.
azertag.az