Bu il Füzuli rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1100 məzundan 540 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib. Məzunlardan 342-si respublikanın müxtəlif ali məktəblərinə, 108-i isə orta ixtisas məktəblərinə qəbul olub.
Rayon təhsil şöbəsindən bildiriblər ki, tələbə adını qazanan gənclərdən 50 nəfəri 500-dən, 20 nəfəri isə 600-dən çox bal toplayıb. 38 nömrəli tam orta məktəbin məzunu Orxan Atakişili 671 balla ADA Universitetinə, 47 nömrəli tam orta məktəbin məzunu Şirvan Hümbətli 663 balla Polis Akademiyasına, Böyük Bəhmənli-2 kənd tam orta məktəbinin məzunu Vəli Səfərov 662 balla Bakı Dövlət Universitetinə qəbul olaraq, rayon üzrə ən yüksək nəticə göstəriblər.
Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni 48, 1, 47, 5 nömrəli, Qayıdış qəsəbə 7 nömrəli, Əhmədbəyli kənd tam orta məktəblərinin məzunları göstərib.
azertag.az