Açıq çəhrayı, canlı portağal rəngi, elektro sarı və təptəzə yaşıl. Yayın dəbdə olan rəngləri, bizə şən günlərin yaxın olduğunu pıçıldayır və hamımızı təbiətin möcüzəvi toxunuşları ilə canlanmağa dəvət edir.
Çəhrayı rənglər: Çəhrayı faralarla gözlərinizdə yaradacağınız rəng oyununun ən əhəmiyyətli təsiri baxışlarınıza əks olunan gənclik olacaq. Çəhrayı pomadalar və parladıcılarla olduqca cazibədar dodaqlara sahib olmaq mümkün. Çəhrayə köynəklər, hündür daban ayaqqabılar, şərflər sizi olduğunuzdan daha cavan daha enerjili görsədəcək.
Çəmən yaşılı: Yaşıl yayın və təzəliyin rəngi. Canlı və diqqət çəkəcək bir görünüş üçün göz makiyajında istifadə edəcəyiniz yaşıl tonlar kafidir. Yaşıl və mavi laklar sınayaraq uşaqlıq həyəcanları yaşaya bilərsiniz. Mavi və yaşıl gözlü qadınlar göz rənglərini ortaya çıxara bilərlər. Yaşıl rəngli uçuz ətəklər isə, açıq rəngli aksesuarlara tamalandıqda ortaya möhtəşəm bir görünüş çıxacaqdır.
Narıncı rəng: Şaftalı tonları yüngül bürünc bir bədənlə mükəmməl bir uyğunlaşma tutur. Günəşlə görüşünüzü qızıl işıltılarıyla daha rəngli hala gətirməniz mümkündür. Portağal, şaftalı və qızıl tonlarınnı qəhvəyi, qara və göy rəngləriylə birləşdirmək mümkündür. Pudralar və pomadalar bədəninizdə işıltılar daşımaq üçün çox uyğundur. Bir çox qadın portağal tonlarında pomada sürməyə cəsarət edə bilmir. Halbuki işıltılı tonlar bədənlə mükəmməl uyğunlaşma təmin edər.
Elektro Sarı: Bu ilin gecə dəbinə uyğun olaraq hazırlanmış, elektro rənglərin içərisində ən çox sevilən və seçilən sarı rəngdir.Paltarınızız, rəngindən formasından aslı olmayaraq üstünüzdə elektro sarı rəng istifadə etməniz sizi həm diqqət mərkəzində həm də fərqli üslüba sahib bir xanım kimi qələmə verəcəkdir.Sarı rəngi daha da qabarıq istifadə etmək üçün qara rənglərlə uyğunlaşdırmağa önəm verin.
big.az