“Retro Bakı” layihəsində bu dəfə tanınmış müğənnilər çıxış edəcək
26.8.2016

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi davam edir. İdarənin mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində növbəti konsertlər avqustun 27-si və 28-də saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

İdarədən bildirilib ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənni Nurlan Əzizbəyli və Vüsal Hacıyev olacaq. Həmçinin konsertdə gənc müğənnilər Rüfət Xəlil, Günel İlqarlı, Sənubər Şərifova, Orxan Mirzəyev, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, Mircabbar Mirbabayev və Rasim Mustafazadə iştirak edəcəklər.

azertag.az