Təhsil naziri Mikayıl Cabbarov təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən bildiriblər ki, əmrə əsasən təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Müəllim”, “Şagird” və “Məktəb” istiqamətləri üzrə “Elektron Təhsil” Respublika müsabiqəsi keçiriləcək.
Müsabiqə ilə bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək Təşkilat Komitəsinə tapşırılıb.
azertag.az