Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sakit! Tamaşa gedir…” layihəsinin icrasına başlanılıb.
Fonddan bildiriblər ki, layihə rəhbəri Ayşəm Balayevanın verdiyi məlumata görə, layihənin keçirilməsində məqsəd əlilliyi olan gənclərin asudə vaxtlarını daha səmərəli təşkil etməklə onların cəmiyyətə inteqrasiyasını, aktiv həyat tərzi sürmələrini təmin etməkdir.
Qeyd edək ki, “Sakit! tamaşa gedir…” layihəsi çərçivəsində eşitmə və nitq problemləri olan gənclərə teatr əsaslı psixoloji təlimlər keçiriləcək. Təlimlərdə iştirak edən yeniyetmə və gənclərin pantomim formatında teatr tamaşalarına səfərləri nəzərdə tutulub.
azertag.az