Azərbaycanın ən iri mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin yeni rəhbəri ölkə ictimaiyyətinə təqdim olunub.
Bildirilib ki, 2008-ci ildən şirkətin prezidenti vəzifəsini tutan Əli Ağanı sentyabrın 1-dən bu vəzifədə Kirill Qaburiç əvəz edəcək.
Qeyd edək ki, Kirill Qaburiç 2001-ci ildən Moldovanın indiyədək «Moldcell» şirkətində (bu şirkət də «Azercell» kimi «TeliaSonera» şirkətlər qrupuna daxildir) işləyib, son bir neçə ildə baş direktor vəzifəsində çalışıb.
APA