Bakıda pulsuz moda dərsləri keçiriləcək
29.8.2016

Sentyabrın 4-də Bakıda gənc dizayner-rəssam Renarə Şəmsiyevanın rəhbərliyi ilə “Pulsuz moda dərsi” adlı açıq moda dərsləri təşkil olunacaq.

Tədbirin “facebook” səhifəsinə istinadla bildirilir ki, dərslər “Atatürk prospekti 25 b” ünvanında keçiriləcək.

Həmçinin, dərslər çərçivəsində dünya üzrə qabaqcıl moda məktəblərində təhsil almaq istəyənlər üçün xüsusi hazırlıq kurslarının təşkili də planlaşdırılır.

Dərslərdə rəng və forma anlayışı, geyim eskizlərinin hazırlanması, dünya moda tarixi, dünya geyimləri və Azərbaycan xalqının milli geyimləri, dünyaca məşhur moda evlərinin iş fəaliyyəti, geyim kolleksiyasının hazırlanması və başqa mövzular tədris olunacaq.

Qeyd edək ki, 5 yaşından yuxarı və rəssamlıq bacarığı olan hər kəsin qatıla biləcəyi dərslər, iştirakçıların istəyinə uyğun olaraq Azərbaycan, rus və ingilis dillərində keçiriləcək.

azertag.az