BMF kanalının əsas məqsədi Azərbaycan və xarici ölkələrdə müasir musiqimizi tanıtmaqdır. Bu məqsədlə BMF digər ölkələrdə, məşhur peyk platformalarında, kabel, efir-kabel, OTT və İPTV platformalarında telekanalın yayılması üçün fəal danışıqlar aparır.
Kanalın proqramı gündəlik şou-biznes xəbərləri və məşhur musiqi videolarından ibarətdir.
Qeyd edək ki, qonşu ölkələrin musiqi telekanalları ilə birgə beynəlxalq layihələrin həyata keçirilməsi, tərəfdaş əlaqələrin qurulması, xarici tərəfdaş musiqi kanallarında azərbaycanlı ifaçıların musiqi videoçarxlarının nümayişi, həmçinin qonşu ölkə ifaçılarının BMF kanalında nümayişinin təşkili də planlaşdırılır.
Məlumat üçün bildirək ki, BMF şirkəti 2009-cu ildən fəaliyyət göstərir və həm ölkəmizdə, həm də ondan kənarda keyfiyyətli müasir Azərbaycan musiqisinin populyarlaşdırılması məqsədilə bir sıra maraqlı layihələr həyata keçirib.
Xüsusən, BMF-in “YouTube” kanalında məşhur azərbaycanlı ifaçıların yüzlərlə musiqi videoları və mahnıları yerləşdirilib və musiqi bazası da daim yenilənir.
Həmçinin, BMF özünün “YouTube” kanalında istedadlı gənc ifaçıları da dəstəkləyir və onlara yer ayırır.
Qeyd edək ki, gələn ilin yazından BMF kanalının onlayn televiziya versiyası da fəaliyyətə başlayacaq (http://www.myvideo.az/tv/bmf).
azertag.az