Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) sentyabrın 14-də yeni qəbul olan tələbələr üçün “Oriyentasiya günü” keçiriləcək. Dünya universitetlərində ənənəvi təşkil olunan bu tədbirin məqsədi yeni qəbul olan tələbələri universitet həyatı ilə tanış etməkdir.
UNEC-dən bildirilib ki, tədbirdə universitet barədə təqdimatlar olacaq və tələbələr üçün əyləncələr təşkil ediləcək. Karyera mərkəzi tərəfindən universitet sıralarına yeni daxil olan tələbələr üçün məsləhətlər veriləcək
azertag.az